Pirallahı Sənaye Parkı
Tel: +99412 525 06 06
Email: info[@]diamed.az

Haqqımızda

Ana səhifəHaqqımızda

Haqqımızda

“Diamed Co “ Şpris İstehsalı zavodu Azərbaycanda və Cənubi Qafqazda ilk şpris istehsal edən şirkətdir. Zavod 2017-2018-ci illərdə  ekoloji cəhətdən təmiz  “Pirallahı Sənaye Parkı”nda  inşa edilib. Müxtəlif tutumlu birdəfəlik şprislər  istehsal edən zavodun illik istehsal gücü 150 milyon ədəddir.

Azərbaycan Dövlətinin də, iştirak payı olan “Diamed Co” şpris istehsalı zavodu 2 ha torpaq sahəsindən, 3000m2 qapalı sahədən ibarətdir.

Ölkə Prezidenti cənab İlham Əliyev 16 May, 2019- cu il tarixində Azərbaycan əhalisinin sağlamlığının təhlükəsizliyinə xidmət edən, yeganə Şpris istehsalı zavodunun açılışını  gerçəkləşdirib. Layihənin  məqsədi əczaçılıq sənayesinin inkişafı, əhalinin şprisə olan tələbatının ödənilməsi və strateji məhsul olan şpris rezervinin yaradılmasından ibarətdir.

“Diamed Co” Şpris İstehsalı Zavodunun layihəsi GMP-yə, istehsal xətti isə İSO 7886-ya   uyğun olaraq hazırlanmışdır. Zavod Almaniya, İsveçrə, İngiltərə  və Yaponiya istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur. Zavodda hazırlanması yüksək texnologiyalar tələb edən, çox keyfiyyətli və tam zərərsiz iki hissəli şprislər istehsal olunur.

Şprislərin dünya markası sayılan İNEOS İsveçrə Şirkətinin Tibbi təyinatlı polipropilen və polietilen məhsullarından hazırlanması, iynə uclarının isə  Yaponiyanın dünyada nömrə 1 sayılan məhşur Nipro Şirkətinə məxsus olması yüksək keyfiyyətin  göstəricisi və sübutudur. Zavod dünya liderlərindən biri olan İsveçrənin Fostag şirkətinin tam isti kanallı qəliblərindən istifadə edir. Qəliblərin tam isti kanallı olması şprislərin çox yüksək keyfiyyətdə və qüsursuz olmasını təmin edir.

İstehsalda çox mühüm sayılan  Termo Plast Avtomat cihazları isə Alman keyfiyyətini və dəqiqliyini özündə əks etdirən dünya hegemonlarından biri olan  ARBURQ Şirkətinə məxsusdur.

Şprislərin komplektləşdirilməsi və qablaşdırılması tam avtomatlaşmış  sistem vasitəsilə İngiltərə və İsveçrə itehsalı olan avadanlıqlarla aparılır.

Qablaşdırılmış şprislərin sterilizasiyası yüksək konsentrasiyalı Etilen – Oksidlə Teknomar cihazında aparılır.

İştehsal olunmuş şprislərin göstəriciləri, sterilliyi və keyfiyyəti mütəmadi olaraq zavodun müasir texnologiyalar ilə təchiz olunmuş texniki və bioloji laboratoriyalarında yoxlanılır.

Zavod hazırda 50 nəfərlik işçi heyəti ilə müxtəlif tutumlu 2, 5, 10 və 20 qramlıq olmaqla ildə 150 milyon ədəd “Made in Azerbaijan” brendi altında şpris istehsal edir.

Copyright © Diamed Co. 2022